AzQAC və BQXK-nın dəstəyi ilə Cəbrayıl rayon bölməsinin FMKD-nin
aylıq müntəzəm fəaliyyətlərindən biri olan "İlk Yardım Postu" tədbiri
uğurla həyata keçirilib. Tədbir Cəbrayıl rayonunun 11 saylı qəsəbəsində
yerləşən Çərəkən kənd tam orta məktəbində təşkil olunub və məktəblilər üçün
vacib praktiki biliklər təqdim edilib.
Tədbirin əsas məqsədi məktəbliləri ilkin tibbi yardım qaydaları
ilə tanış etmək və onların fövqəladə hallarda düzgün reaksiya göstərmələrinə
dəstək olmaqdır. Təlim zamanı iştirakçılara qanaxmanın dayandırılması, huşsuz
şəxslərə ilkin yardım göstərilməsi, sınıq və burxulma hallarında nə edilməsi və
digər vacib müdaxilə üsulları öyrədilib.
Mütəxəssislər tərəfindən interaktiv metodlarla keçirilən təlim
məktəblilərin böyük marağına səbəb olub. Onlar əldə etdikləri bilikləri praktik
olaraq tətbiq edib və müxtəlif vəziyyətlərdə necə davranmalı olduqlarını
öyrəniblər.